Amerika qəzeti: Ənsarullah Qırmızı dənizdə Baydeni məğlub etdi

Amerika qəzeti: Ənsarullah Qırmızı dənizdə Baydeni məğlub etdi

Amerikanın “Intercept” qəzeti yazıb: Amerika prezidenti Co Bayden hökuməti Yəmənin Ənsarullahına qarşı hərbi əməliyyata başlamaq qərarı ilə özünü geosiyasi məğlubiyyətə düçar etdi.

American Intercept qəzeti xarici əlaqələr üzrə analitik “Mürtəza Hüseyn” tərəfindən qələmə alınan məqalədə yazıb: ABŞ prezidenti Co Bayden ötən cümə axşamı keçirdiyi mətbuat konfransında ABŞ və Britaniya ordularının hava hücumlarının Husiləri (Ənsarullah) dayandırmadığını etiraf edib.

Amerika və İngiltərənin hücumlarından sonra Yəmənin Ənsarullah hərəkatının Qırmızı dənizdəki əməliyyatlarının əhatə dairəsi artıb və bura Amerika ticarət və döyüş gəmiləri də daxil olub.

Bu məqalənin müəllifi qeyd edib ki, Husilərə (Ənsarullah) qarşı hücumların güclənməsi ilə Qırmızı dənizdə gəmiçilik prosesinin daha da pisləşəcəyi gözlənilir və bu da ümumi regional müharibə riskinə gətirib çıxaracaq.

Bu məqalədə deyilir: Çoxları hesab edir ki, dünyanın ən kasıb ölkələrindən birində silahlı qruplaşmaya (Ənsarullah) təslim olmaq və ya danışıqlar aparmaq Amerikanın mövqeyinə zərbədir və Husilərin (Ənsarullah) populyarlığını artırır. Lakin görünən odur ki, Səudiyyə koalisiyası ilə müharibədən xeyli təcrübə toplayan Husilər (Ənsarullah) ABŞ müqabilində geri çəkilməyə hazır deyil və hətta müharibənin əhatə dairəsinin genişlənməsini alqışlayırlar.

Bununla bağlı Yəmən məsələləri üzrə jurnalist və analitik İona Kreyq deyir: Husilər (Ənsarullah) mütləq Amerika ilə münaqişə axtarırlar və bu anti-Amerika yanaşması İraqa Amerika qüvvələri yeridildiyi zaman formalaşmış ideologiyasının bir hissəsidir.

Onlar (Ənsarullah) indi özlərini fələstinlilərin və Qəzza xalqının müdafiəçisi hesab edirlər.

Məqalə müəllifi Bayden hökumətinin Yəmənin Ənsarullah hərəkatının adının yenidən ABŞ-ın “terror siyahısı”na salınması istiqamətində atdığı addıma işarə edib və bildirib:

Vaşinqtonda yerləşən Xarici Siyasət Araşdırmaları Mərkəzindən “Daniel Di Petris” hesab edir ki, Bayden administrasiyası Husiləri (Ənsarullah) yenidən terrorçular siyahısına əlavə etməklə və onlara qarşı sanksiyaları artırmaqla yəmənliləri əməliyyatları dayandırmağa məcbur etməyə ümid edirdi. Amma bu yanaşmanın işə yaramadığı görünür.

Əvvəllər Yəmənlə müharibədə səudiyyəlilər heç bir xərc çəkmədən Husiləri (Ənsarullah) hərbi yolla məğlub edə biləcəklərini düşünürdülər.

Bu məqalənin davamında deyilir: Husilər (Ənsarullah) ərəb xalqlarının anti-Amerika hisslərindən, eləcə də Birləşmiş Ştatlara sadiq ərəb rejimlərinin Qəzza xalqının iztirablarına açıq-aşkar biganəliyindən istifadə edərək geosiyasi mövqelərini gücləndirdilər.

Görünür, Amerikaya qarşı regional qəzəb artıb, çünki Bayden hökuməti Husilərə (Ənsarullah) qarşı hərbi əməliyyatlar apararaq, Qəzza zolağında fələstinlilərin həyatındansa qlobal iqtisadiyyatı üstün tutub.

Məqalənin sonunda müəllif yazıb: Görünür, İngiltərə və Amerikanın hücumları Husiləri (Ənsarullah) zəiflətmək əvəzinə, bütün bölgədə bu qrupun siyasi mövqeyinin yaxşılaşmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 7 =