Amerika və İngiltərə tərəfindən Yəmənin bölgələrinə yenidən təcavüz

Amerika və İngiltərə tərəfindən Yəmənin bölgələrinə yenidən təcavüz

Amerika və Britaniya döyüş təyyarələri Yəmənin Səədə vilayətinin şimal-qərbində yerləşən Baqim sərhəd bölgəsini hədəfə alıb.

Mehr Xəbər Agentliyinin Əl-Cəzirə telekanalına istinadla verdiyi məlumata görə, Amerika və Britaniyaya məxsus iki təyyarə Yəmənin şimalında Səədə vilayətinin şimal-qərbində yerləşən Baqim sərhəd bölgəsini bombalayıb.

Bundan bir neçə saat əvvəl Amerika və Britaniya qırıcıları növbəti dəfə Yəmənin qərbindəki Əl-Hədidə vilayətindəki əraziləri hədəfə alıblar.

Bu hücumlarda Əl-Cəbanə bölgəsi iki dəfə, “Əl-Taif” bölgəsi isə bir dəfə Amerika və İngiltərə hava hücumlarına məruz qalıb.

Əl-Məyadin telekanalı da Əl-Hədidədə bir neçə partlayış səsinin eşidildiyini bildirib. Əd-Dureyhəmidə yerləşən Əl-Cəbanə və Ət-Taif bölgələri bu gün səhər saatlarında Amerika və Britaniya hava hücumlarının hədəfi olub.

Bu partlayışlar cümə axşamı günü on minlərlə yəmənlinin Ənsarullah lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husinin çağırışı ilə yenidən Sənanın Əs-Səbain meydanında məzlum Fələstin xalqını dəstəklədiklərini bəyan edən və sionist rejimin Qəzza zolağındakı cinayətlərini pisləyən yürüşə qatıldığı şəraitdə həyata keçirilib.

“Mövqeyimizdə möhkəm dayanırıq… Qələbəya qədər Qəzzə ilə” başlığı altında keçirilən bu yürüşdə iştirak edənlər Yəmən xalqının Fələstin məsələsində qəti, prinsipial, əxlaqi və dini mövqeyini vurğulayaraq, sionist rejimin Qəzza zolağına qəddar təcavüzünü pisləyiblər.

Sənada nümayişçilər Fələstin və Yəmən bayraqları və Qəzza zolağında məzlum Fələstin xalqına qarşı sionist təcavüzü və soyqırım cinayətlərini pisləyən yazılar yazılmış plakatlar dalğalandırıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 + seventeen =