Amerika və İngiltərənin təcavüzünə cavab vermək Yəmən xalqının qanuni haqqıdır

Amerika və İngiltərənin təcavüzünə cavab vermək Yəmən xalqının qanuni haqqıdır

Yəmən Hərbi Hava Qüvvələrinin keçmiş sözçüsü deyib: Yəmən xalqı Amerika və Böyük Britaniyanın təcavüzünə cavab verməyə tam hazırdır və bu cavab beynəlxalq qanunlar və konvensiyalarda qanuni və təminatlı hüquqdur.

Yəmən Hərbi Hava Qüvvələrinin keçmiş sözçüsü general-mayor Abdullah Əl-Cəfəri Əl-Aləm xəbər kanalına müsahibəsində deyib: İnşallah, düşmənə cavab çox güclü olacaq, biz inqilabi və hərbi rəhbərliyin yaşıl işığını gözləyirik.

O, Yəmən xalqının bu mövzuda tam hazır olduğunu bildirib və qeyd edib ki, milyonlarla Yəmən xalqının nümayişi bir növ referendumdur və xalq inqilab rəhbərinə Yəmən xalqını hədəfə alan və bu ölkənin suverenliyini pozan Amerika qüvvələri, donanması və gəmilərini hədəf almaq üçün lazımi qərarların qəbul edilməsinə icazə verib.

Əl-Cəfəri davam edib: Amerikanın Yəmənə təcavüzü əxlaqi dəyərlərə, qanunlara və beynəlxalq konvensiyalara qarşı cinayət sayılır, ona görə də buna cavab vermək bütün səmavi dinlərdə vurğulanan qanuni bir haqqdır.

O vurğulayıb: Bu gün bizim əqidə və döyüş doktrinasına, yüksək ayıq-sayıqlığa və döyüşə hazırlığa malik əsl milli ordumuz var və ABŞ-ın strateji və iqtisadi maraqlarını və hərbi bazalarını hədəf almağa imkan verən strateji silahlarımız var. Ona görə də bu hücumun şəhidlərinin qanının qisasını alacağıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three × two =