Amerika və İsrail Rəfahdakı cinayətə görə məsuliyyət daşıyır – İki şərikin fələstinlilərin soyqırımına təkidi

Amerika və İsrail Rəfahdakı cinayətə görə məsuliyyət daşıyır – İki şərikin fələstinlilərin soyqırımına təkidi

 Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) sionist rejimin Rəfahdakı bugünkü cinayətinə toxunaraq vurğulayıb: “Amerika hökuməti və şəxsən prezident Co Bayden bu rejimin baş nazirinə yaşıl işıq yandıraraq, ona maddi və hərbi dəstək verməklə bu cinayətlərdə şərikdir.”

HƏMAS-ın bəyanatında vurğulanır: “Bir milyon dörd yüz minə yaxın fələstinlinin yaşadığı və küçələri qaçqın düşərgələrinə çevrilən Rəfah şəhərinin acınacaqlı vəziyyətinə diqqət etməklə, sionist rejim ordusunun bu şəhərə hücumu çoxşaxəli cinayət, soyqırım və məcburi köçdə təkid və millətimizə qarşı cinayətin əhatə dairəsini genişləndirməkdir.”

HƏMAS əlavə edib: “Sionist rejim və ordusu Beynəlxalq Ədalət Məhkəməsinin soyqırımı dayandırmaq üçün təcili tədbirlər görməklə bağlı qərarlarını pozub və biz Ərəb ölkələrini, İslam Əməkdaşlıq Təşkilatını və Təhlükəsizlik Şurasını bu rejimin təcavüzünün və Qəzza zolağının müdafiəsiz vətəndaşlarına qarşı soyqırımının davam etdirilməsinin dayandırılması üçün tez və ciddi tədbirlər görməyə çağırırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

18 − ten =