Amerika və Kanada sərhədində avtomobil partladılıb

Amerika və Kanada sərhədində avtomobil partladılıb

Media çərşənbə günü Niaqara şəlaləsi yaxınlığında ABŞ və Kanada sərhədində avtomobil partlaması və bu hadisədə şübhəli bilinən 2 nəfərin həlak olması barədə məlumat yayıb.

Xəbər mənbələri çərşənbə günü gecə saatlarında Amerika və Kanada sərhədində bir avtomobilin körpünün üzərində partladığını bildiriblər.

Bəzi xəbər mənbələri bunun avtomobildə xeyli miqdarda partlayıcının olduğu və terror hücumu planlaşdırıldığını iddia edib. Bu partlayışda avtomobildə olan iki nəfər həlak olub, bir sərhədçi də yaralanıb.

Bu avtomobil Amerikadan Kanadaya gedirdi və sərhədçilərin yerləşdiyi binaya çatmağa çalışırdı. Bu şübhəli hadisədən sonra ərazidəki bütün körpülər bağlanıb, bütün hökumət binaları boşaldılıb.

“Reuters” xəbər agentliyi də yazıb ki, Amerika Federal Polisi bu avtomobilin partlama səbəbini araşdırdıqlarını açıqlayıb. Amerika Federal Polisi bu hadisənin terror aktı cəhdi olduğunu bildirib.

Reuters yerli mənbələrə istinadən xəbər verir ki, Nyu-Yorkun qərbindəki dörd beynəlxalq sərhəd keçid məntəqəsinin hamısı körpüdə avtomobilin iştirakı ilə baş verən insident səbəbindən bağlanıb.

Nyu-York qubernatoru Keti Hochul X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Nyu-York ştatının rəsmiləri körpüdəki insidenti yaxından araşdırır və ştatın kəşfiyyat orqanları hadisə yerindədir.

Kanadadakı “Ontario” nun yüksək vəzifəli şəxsi “Doug Ford” da X-də yazdığı bir yazıda təhlükəsizlik agentlərinin vəziyyəti qiymətləndirməkdə fəal iştirak etdiyini söylədi.

ABŞ-ın Sərhəd Mühafizəsi rəsmiləri və bu ölkənin Dövlət Departamenti iki ölkə arasında sərhədlərin bağlanmasına heç bir reaksiya verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − sixteen =