Amerika və sionist rejimin Livan Hizbullahına qarşı müharibə ssenarisi ilə manevri
Livan və işğal olunmuş Fələstinin sərhəd bölgələrində gərginliyin artdığı bir vaxtda ibrani mənbələri ABŞ və sionist rejimin Hizbullaha qarşı müharibəni simulyasiya etmək üçün birgə təlim keçirdiklərini bildirirlər.
Mehr Xəbər Agentliyinin məlumatına görə, Sionist Ordusunun 7-ci Zirehli Diviziyası Hizbullaha qarşı müharibəni simulyasiya etmək məqsədilə ötən çərşənbə günü Amerika qüvvələrinin iştirakı ilə hərbi təlim keçirib.
Sionist rejimin I News 24 xəbər kanalı bu təlimin Vadi-Areh bölgəsində sionist rejim ilə Hizbullah arasında gərginliyin artmasının kölgəsində keçirildiyini bildirib.
Bu hərbi təlimlə bağlı ABŞ ordusunun komandirlərindən olan kapitan Metyu Helm deyib:
Bu təlim zamanı biz çox şey öyrəndik və ümid edirik ki, iki ordu arasında daha güclü əlaqələr qura bilmək üçün İsrail tərəfinə müharibə taktikası və birgə əməliyyatlar haqqında yaxşı məlumat verəcəyik.
Sözügedən mənbə bu təlimin Hizbullahla gərginliyin artması və Seyid Həsən Nəsrullahın ötən həftəki hədələrindən sonra olduğuna diqqət çəkib.
O, bildirib ki, əgər sionist rejim Livan ərazisi daxilində quraşdırılan çadırlara hücum etmək istəsə, Hizbullah mütləq cavab verəcək.