Amerikada müsəlmanlara qarşı hücumlar artıb

Amerikada müsəlmanlara qarşı hücumlar artıb

Yeni sorğular göstərir ki, 2023-cü il oktyabrın 7-dən və Qəzza müharibəsinin başlamasından sonra Amerikada müsəlmanlara qarşı insidentlər intensivləşib.

Buna əsasən, son 3 ayda müsəlmanlara və fələstinlilərə qarşı ayrı-seçkilik və nifrətlə bağlı şikayətlərin sayı 180% artıb.

İnsan haqları qrupları Yaxın Şərqdəki müharibədən və Qəzza xalqının soyqırımından sonra Amerikada islamofobiya və fələstinlilərə qarşı ayrı-seçkiliyin artdığını bildirib.

ABŞ-da baş verən belə hadisələr arasında noyabr ayında Vermont ştatında 3 fələstinli tələbənin güllələndiyi atışmanı qeyd edə bilərik. Digər bir hadisədə isə oktyabr ayında İllinoys ştatında 6 yaşlı fələstinli amerikalı uşaq bıçaqlanıb.

Bununla bağlı İslam Əlaqələri üzrə Amerika Şurası son üç ayda müsəlmanlardan 3578 şikayət aldığını açıqlayıb və bunu müsəlmanlara və fələstinlilərə qarşı artan nifrət dalğası adlandırıb.

Bu hesabata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu növ şikayətlərin sayı 178 faiz artıb.

Bu qurum iş ayrı-seçkiliyi ilə bağlı 662 şikayətin qeydə alındığını açıqlayıb ki, bu da ən çox şikayət olub. Həmçinin, 472 nifrət cinayəti və 448 təhsil ayrı-seçkiliyi faktı qeydə alınıb.

Bu, ABŞ hökumətinin bu yaxınlarda 7 oktyabr əməliyyatından sonra antisemitizm və islamofobiyanın artması və sionist rejimin cavab hücumlarına başlaması fonunda dini icmalar üçün təhlükəsizlik təlimatları verdiyi vaxtda baş verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + 1 =