Amerikalı hərbi rəsmisinin etirafı: Cəbəliyyə düşərgəsində 900 kq bomba ilə fələstinlilər qətliam edilib

Amerikalı hərbi rəsmisinin etirafı: Cəbəliyyə düşərgəsində 900 kq bomba ilə fələstinlilər qətliam edilib

Sionist işğal rejiminin qırıcıları oktyabrın 31-də Cəbəliyyə düşərgəsinə hücum edib, nəticədə 400 fələstinli şəhid olub və yaralanıb. Amerikalı hərbçi bu hücumda hər birinin çəkisi 900 kq olan iki bombadan istifadə edildiyini bildirib.

Bu hücumdan sonra Qəzza Səhiyyə Nazirliyi İsrail ordusunun İndoneziya xəstəxanasının Cəbəliyə yaxınlığındakı yaşayış məhəlləsini bombaladıqdan sonra “dəhşətli qətliam” törətdiyini açıqlayıb.

İşğalçı ordu Cəbəliyə düşərgəsinə təşkil etdiyi hücumda İslami Müqavimət Hərəkatının (HƏMAS) “yüksək rütbəli lideri”nin hədəf alındığını iddia edib.

HƏMAS bu iddianı rədd edərək elan edib: Sionist terror rejiminin HƏMAS liderinin Cəbəliyyədə olması ilə bağlı sözləri batil və əsassızdır.

Qəzzanın Səhiyyə Nazirliyi Cəbəliyə düşərgəsinin bombalanmasının ilkin statistikasına əsaslanaraq, 400 fələstinlinin şəhid olduğunu və yaralandığını açıqlayıb və bu rəqəmin Əl-Muəmdani xəstəxanasındakı qırğın qurbanlarının sayına yaxın ola biləcəyini vurğulayıb. Çünki bombalanan ərazidə əhalinin sıxlığı çox olub.

İndi isə “New York Times” amerikalı hərbçi rəsmiyə istinadən yazıb ki, oktyabrın 9-da işğalçı Qüds rejiminin Cəbəliyyəyə təşkil etdiyi hava hücumunda hər biri 900 kq ağırlığında olan iki bombadan istifadə edilib.

Bu amerikalı məmur bildirib ki, sionist rejimin Qəzzanı bombalamaq üçün istifadə etdiyi bombaların 90%-i peyklər tərəfindən idarə olunur və bəzilərinin çəkisi təxminən bir tondur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 − 8 =