Amerikalı konqresmenləri Baydenin Tel-Əvivə qarşı siyasətində dəyişiklik edilməsini tələb edib

Amerikalı konqresmenləri Baydenin Tel-Əvivə qarşı siyasətində dəyişiklik edilməsini tələb edib

Amerika Konqresinin bir qrup nümayəndəsi öz ölkələrinin xarici işlər nazirinə yazdığı məktubda Ağ Evin Teəl-Əvivə qarşı siyasətinin dəyişdirilməsini tələb edib.

Əl-Cəzirə xəbər saytının məlumatına görə, ABŞ-ın bu 14 konqresmeni bildirib ki, ABŞ-ın İsrailə yardımı fələstinlilərin hüquqlarını pozmaq üçün istifadə edilməməlidir.

Amerikalı qanunvericilər həmçinin Co Bayden administrasiyasından Fələstinin hüquqlarını pozmaq üçün Amerika silahlarından istifadə imkanlarını araşdırmağı tələb ediblər.

ABŞ Konqresinin nümayəndələri vurğulayıblar ki, Ağ Ev amerikalı vergi ödəyicilərinin pullarının qeyri-qanuni yaşayış məntəqələrinin tikintisinə dəstək üçün istifadə edilməməsini təmin etməlidir.

1967-ci il müharibəsi və İordan çayının qərb sahilində və Qüdsün şərqində Fələstin torpaqlarının işğalından sonra sionist rejim tərəfindən salınan yəhudi qəsəbələrində yüz minlərlə israilli yaşayır.

 Birləşmiş Millətlər Təşkilatı və dünyanın əksər ölkələri sionist rejimin saldığı yaşayış məntəqələrini qeyri-qanuni hesab edir, çünki bu rejim 1967-ci il müharibəsində bu torpaqları işğal edib və Cenevrə Konvensiyasına əsasən işğalçının işğal olunmuş torpaqlarda hər hansı tikinti aparması qadağandır.

Fələstinlilər İordan çayının qərb sahilində və Qəzza zolağında paytaxtı Qüds olmaqla müstəqil dövlət yaratmağa çalışırlar. Onlar həmçinin İsrailin 1967-ci ildə işğal etdiyi ərazilərdən çıxmasını istəyirlər, lakin İsrail Altı Günlük Müharibədən əvvəlki sərhədlərə qayıtmaqdan imtina edir.

Amerika qanunları, o cümlədən bu ölkənin Konqresi tərəfindən qəbul edilən və “Leahy Qanunu” kimi tanınan qanunlardan biri insan haqlarını pozan hərbi qüvvələrə yardım göndərilməsini qadağan edir.

Buna baxmayaraq, Amerika sionist rejimin fələstinlilərə qarşı amansız hərəkətlərinə göz yumur və Tel-Əvivə hərbi yardımlarını davam etdirir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twelve + 15 =