Amerikalı polkovnik: Bayden Putinin güclənməsi üçün hər şeyi etdi

Amerikalı polkovnik: Bayden Putinin güclənməsi üçün hər şeyi etdi

ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin həmişəkindən daha güclü olması üçün hər şeyi edib.

Bu barədə ABŞ Müdafiə nazirinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor “Daniel Davis/Deep Dive” YouTube kanalına müsahibəsində bildirib.

Qeyd edək ki, bu adamın söylədiklərini nədənsə Rusiyapərəst kanallar böyük həvəslə tirajlayır.

“Ağ Evin siyasəti Putinin həmişəkindən daha güclü olmasına şərait yaradıb. Rusiya iqtisadiyyatı parlaq şəkildə, Qərb iqtisadiyyatından qat-qat yaxşı gedir”, – deyə keçmiş hərbçi iqtisadiyyatdan da danışıb.

Makqreqorun sözlərinə görə, Qərb ölkələri “Ukrayna millətindən qalanları” xilas etmək üçün Ukraynadakı münaqişəyə son qoymalıdır.

Qeyd edək ki, bundan əvvəl Makqreqor Vaşinqtonun ukraynalıları intihara sürüklədiyini bildirmişdi. “Sülhə gəlin, axmaqlar!” – deyə o, hətta belə bir çağırış edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

three + 10 =