Amerikalı senator: Vaşinqton Qəzza müharibəsində İsrailin ortağıdır

Amerikalı senator: Vaşinqton Qəzza müharibəsində İsrailin ortağıdır

Amerikalı senator Berni Sanders bildirib ki, Vaşinqton Qəzza müharibəsini maliyyələşdirməklə sionist rejimin bu müharibədə şərikidir.

Vermont ştatının müstəqil senatoru Berni Sanders deyib: “İsrailin bombalaması nəticəsində Qəzzanın viran olması müasir tarixdə görünməmiş bir hadisədir.”

O, əlavə edib: “Qəzzada 1 milyon 700 min insan evlərini tərk edib və sabah hara gedəcəklərini bilmirlər. Qəzzada on minlərlə uşaq da aclıq təhlükəsi altındadır.”

Senator qeyd edib ki, İsrail 28 mindən çox fələstinlini öldürüb, əksəriyyəti qadın və uşaq olmaqla 62 mindən çox insanı yaralayıb və bu, inanılmazdır.

“Benyamin Netanyahu Rəfahda hərbi əməliyyata başlayacağını deyir. Bu isə 1,4 milyon insanın yenidən qaçmaq məcburiyyətində qalması deməkdir” – deyə, o, bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 13 =