Amerikalı terrorçuların hücumunda 8 İraq müqavimət qüvvəsi şəhid olub

Amerikalı terrorçuların hücumunda 8 İraq müqavimət qüvvəsi şəhid olub

Amerika işğalçı ordusunun bu gün səhər saatlarında Cərfən-Nəsr bölgəsinə hava hücumu səkkiz iraqlı əsgərin şəhid olmasına səbəb olub.

Əl-Cəzirə xəbər kanalı daha əvvəl qeyd etmişdi ki, Amerika ordusu Amerika qüvvələrinə qarşı hücumlara cavab olaraq İraqda iki obyektə hücum etdiyini açıqlayıb.

Eyni zamanda, Əl-Məyadin xəbər verib ki, işğalçı və terrorçu Amerika ordusunun bu səhər (çərşənbə) Cərfən-Nəsr bölgəsinə hava hücumu nəticəsində səkkiz İraq əsgəri şəhid olub. Amerikalılar iki ayrı hava hücumunda bölgələri hədəfə alıblar.

Digər tərəfdən, İraq mediası təhlükəsizlik mənbəsinə istinadən xəbər verib ki, dünən axşam (çərşənbə axşamı) Bağdadın mərkəzində pilotsuz təyyarə vurulub.

Əs-Suməriyyə News telekanalına verdiyi müsahibədə bu mənbə deyib: Yaşıl Bölgənin daxilində Həşdi-Şəbi qüvvələrinin mühafizə bölməsi İraq Xalq Səfərbərlik Qüvvələrinin binası üzərində uçan pilotsuz aparatı vurub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 + 19 =