Amerikanın paytaxtında 2 silahlı hücum: 8 nəfər yaralanıb
Amerikanın paytaxtında baş verən 2 silahlı hücumdan sonra 8 nəfər yaralanıb.
Mehr Xəbər Agentliyinin Anadolu Agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın paytaxtı Vaşinqton ştatında 2 silahlı hücum zamanı 12 yaşlı qız da daxil olmaqla 8 nəfər yaralanıb.
Metropol Polis İdarəsi bununla bağlı olaraq bu hücumların əlaqəli ola biləcəyini açıqlayıb, çünki ardıcıl 2 hadisə baş verib.
Patrul xidmətinin rəis müavini Andre Rayt da jurnalistlərə açıqlamasında bu hücumların “Lebaum” küçəsində baş verdiyini bildirib.
Vaşinqton Patrul Xidmətinin rəis müavini vurğulayıb ki, yaralıların vəziyyəti ağır deyil, ancaq bəzilərinin hələ də xəstəxanada qalması lazımdır.
Qeyd edək ki, Nyu-Yorkun Buffalo şəhərində bir supermarketdə 10 nəfərin ölümü ilə nəticələnən atışma, Texas ştatında bir məktəbdə 22 nəfərin ölümü ilə nəticələnən qətliam kimi hadisələrdən sonra ABŞ hökumətinə silahla əlaqəli zorakılığın artmasına qarşı mübarizə aparmaq üçün təzyiqlər artıb.
ABŞ prezidenti Co Bayden daha əvvəl bəyan etmişdi ki, o, ABŞ-da sərbəst silah daşınmasını daha sərtləşdirmək üçün Senat tərəfindən təsdiqlənən qanun layihəsini dəstəkləyir.
Eyni zamanda amerikalı məmurlar arasında böyük gücə və nüfuza malik olan bu ölkədə güclü silah istehsalçısı lobbisi oxşar qanunların həyata keçirilməsinə icazə vermədi və qəti şəkildə onlara qarşı çıxdı.
Bu da Amerikada hər gün bir neçə insanın ölümünə səbəb olan bir məsələdir.
ABŞ-dakı güclü silah lobbilərinin bu ölkənin hakimiyyət orqanlarının odlu silahların daşınması, alqı-satqısı ilə bağlı mövcud qanunları məhdudlaşdırması ilə açıq-aşkar müxalifəti onların hər hansı dəyişiklik etmək imkanını əngəlləyib.