Amerikanın Suriyadakı düşərgələrinə hücum davam edir

Amerikanın Suriyadakı düşərgələrinə hücum davam edir

İraq İslami Müqavimət Hərəkatı 2 bəyanat yayaraq sionist rejimin Qəzzə zolağında cinayətlərinə reaksiya olaraq Amerikanın Suriyadakı hərbi düşərgələrinə hücumların məsuliyyətini öz üzərinə götürdüyünü elan edib.

Fars İnformasiya Agentliyinin məlumatına əsasən, İraq İslami Müqaviməti bu gün səhər tezdən (14 noyabr) Suriyanın şərq və mərkəzində ABŞ düşərgələrinə PUA hücumu etdiyini elan edib.

Məlumata görə Deyrəz-Zurda yerləşən Əl Umər neft yatağı yaxınlığında yerləşən ABŞ işğalçılarının iqamətgahı bir neçə dəqiqə fasilə ilə iki dəfə hədəfə alınıb.

Digər bəyanat Suriyanın mərkəzində yerləşən Əl Xəzra kəndində ABŞ işğalçılarının yerləşdiyi düşərgəyə zərbələr endirildiyi elan edilib.

Qeyd edək ki, bu hücumlar Ağ Ev sözçüsü dünən (13 noyabr) ABŞ-ın İraq və Suriyadakı hərbi düşərgələrinin hədəfə alınması barədə xəbərdalıqdan sonra həyata keçib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =