Amerikanın təzyiqlərinə təslim olmayacağıq

Amerikanın təzyiqlərinə təslim olmayacağıq

Həmas hərəkatının baş üzvü deyib: Biz Qəzzə zolağına qarşı təcavüzün dayandırılmasına şamil olmayan razılaşmanı qəbul etməyəcəyik. Razılaşma əldə etmək sahəsində ciddiyik, amma Amerikanın təzyiqlərinə təslim olmayacağıq.

Sami Əbuzəhri deyib: İşğalçı rejimin bizim atəşkəs barədəki təklifimizə cavabını vasitəçilər tərəfindən aldıq. Onu araşdırmaqdayıq və hələ bu barədə qərar çıxarmaq, tezdir.

O, əlavə edib: Biz Qəzzə zolağına qarşı təcavüzün dayandırılmasına şamil olmayacaq heç bir razılaşmanı qəbul etməyəcəyik. Biz Misir və Qətəri əmin etmişik ki, razılaşma əldə etmək sahəsində ciddiyik, amma Amerikanın təzyiqlərinə təslim olmayacağıq. Biz Misir və Qətər tərəfindən heç bir təzyiq və diktə altında deyilik.

Əbuzəhri vurğulayıb: Atəşkəs razılaşmasının bir hissəsi kimi, Həmas rəhbərlərinin Qəzzədən Qahirəyə köçürülmələri barədə söhbət, əsassızdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =