Amnesty İnternational: İsrail soyqırım yolunda davam edir və yardımın Qəzzaya çatmasına mane olur

Amnesty İnternational: İsrail soyqırım yolunda davam edir və yardımın Qəzzaya çatmasına mane olur

Beynəlxalq Amnistiya Təşkilatı bazar ertəsi gecəsi vurğulayıb ki, sionist rejim humanitar yardımların Qəzzəyə çatmasının qarşısını alır və bununla da Beynəlxalq Məhkəmənin bu ərazidə soyqırımın qarşısının alınması sahəsində qərarlarına etiraz edir.

İRNA-nın Fələstinin “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu təşkilat sionist rejimin fələstinli mülki vətəndaşların müdafiəsi üçün hətta müvəqqəti və əsas tədbirlər görmədiyini elan edib.

Fələstinin Səhiyyə Nazirliyi Qəzza zolağında sionist rejimin bu əraziyə vəhşicəsinə hücumlarının başlanğıcından bu yana fələstinli şəhidlərin sayının 29 min 782 nəfərə çatdığını bildirib.

İRNA-nın məlumatına görə, Fələstin Səhiyyə Nazirliyi bu bazar ertəsi günorta saatlarında sionist rejim ordusunun son 24 saat ərzində 10 cinayət törətdiyini və nəticədə 90 Fələstin vətəndaşının şəhid olduğunu, 164 nəfərin isə yaralandığını elan edib.

Sionist rejim ordusunun oktyabrın 7-də Qəzzə zolağına təcavüzünün başlanmasından bu günə qədər bu şəhidlər də daxil olmaqla fələstinli şəhidlərin sayı 29 min 782, yaralıların sayı isə 70 min 43 nəfərə çatıb.

Sionist rejimin Qəzzə zolağına hücumlarının başlamasından 4 aydan çox vaxt keçir, vasitəçilərin bu böhranı həll etmək səyləri davam edərkən, işğalçı qüvvələr cinayətlərini davam etdirir.

Rəfəh şəhərində bir milyon dörd yüz mindən çox fələstinli qaçqın yaşayır və uşaq qatili sionist rejimin baş naziri Binyamin Netanyahu yaxın günlərdə bu şəhərə genişmiqyaslı hücumlar həyata keçirəcəyini bəyan edib.

Sionist rejim davamlı təcavüzləri ilə yanaşı, humanitar yardım və ərzaqların çatdırılmasını əngəlləmək və qarşısını almaqla vəziyyəti daha da fəlakətli edib. Fələstin hökumətinin Qəzza zolağındakı informasiya ofisi dünən, bazar günü Qəzza zolağının müxtəlif əyalətlərində 7 fələstinli uşağın öldürüldüyünü açıqlayıb. Onlar aclıqdan ölüblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 3 =