Amnesty International: Qəzza açıq həbsxanadan nəhəng qəbiristanlığa çevrilir

Amnesty International: Qəzza açıq həbsxanadan nəhəng qəbiristanlığa çevrilir

Amnesty International çərşənbə günü axşam xəbərdarlıq edib ki, Qəzza zolağı açıq həbsxanadan böyük məzarlığa çevrilir.

Beynəlxalq Amnistiya Təşkilatı çərşənbə günü bildirib ki, İsrailin Qəzzadakı hərəkətləri ilə bağlı “Beynəlxalq Ədalət Məhkəməsi”nin iclası mühüm addımdır.

Beynəlxalq Ədalət Məhkəməsində Cənubi Afrikanın Qəzzada törədilən soyqırımla bağlı İsrailə qarşı şikayəti üzrə ilk məhkəmə iclası cümə axşamı günü keçiriləcək.

Bir neçə həftə əvvəl Cənubi Afrika Haaqada yerləşən bu məhkəməyə müraciət edərək, İsrailin Qəzza müharibəsində soyqırım törətməkdə ittiham olunmasının araşdırılmasını tələb edib. 84 səhifəlik bu şikayətdə Cənubi Afrika İsrailin Soyqırım Cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanın müddəalarını pozduğunu bildirir.

Amnesty İnternational öz bəyanatında xəbərdarlıq edib: “Qəzzanın açıq həbsxanadan böyük məzarlığa çevrilməsi təhlükəsi gözümüzün qabağında həyata keçirilir.”

Bu beynəlxalq təşkilat əlavə edib: “Bütün dünya ölkələri Qəzza zolağında soyqırımın qarşısını almaq üçün bu beynəlxalq hüquqi öhdəliyə malikdirlər.”

BMT-nin Qaçqınlar üzrə Agentliyi çərşənbə axşamı günü elan edib ki, Qəzza zolağı İsrailin hücumları səbəbindən “yaşamaq mümkün olmayan yerə” çevrilib.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin sözçüsü Ədnan Əbu Həsənə, “Qəzza yer kürəsinin ən pis yeridir və yaşayış üçün yararsız yerə çevrilir.” – deyə bildirib.

O, əlavə edib: “Bu regionda 1,9 milyon köçkün var ki, onlardan təxminən 1,4 milyonu Birləşmiş Millətlər Təşkilatının rəhbərliyi altında olan 155 məktəb və sığınacaqda yaşayır.”

Həmçinin, HƏMAS hökumətinin Qəzzədəki informasiya ofisi elan edib ki, sionist rejim müharibənin doxsan beş günü ərzində 1944 qətl törədib, 30210 nəfər şəhid olub və itkin düşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

4 − 4 =