Amnesty İnternational: Qəzzada hərbi cinayətlərə dair sübutlar var – İsrail mühakimə olunmalıdır

Amnesty İnternational: Qəzzada hərbi cinayətlərə dair sübutlar var – İsrail mühakimə olunmalıdır

Beynəlxalq Əfv Təşkilatı (Amnesty İnternational) sionist rejimin Qəzza zolağında hərbi cinayətlər törətdiyinə dair faktların mövcudluğunu elan edib və bu rejimin Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını tələb edib.

İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Beynəlxalq Əfv Təşkilatı bəyanatında vurğulayıb: “Qəzzada heç bir yer təhlükəsiz deyil və İsrailin qanunsuz hücumları onun fələstinlilərin həyatına açıq-aşkar etinasızlığını nümayiş etdirir. Sənədləşdirdiyimiz bir neçə hadisəni sübut edir ki, İsrail hərbi hədəflərə dair heç bir dəlil olmadan fələstinli mülki insanları hədəfə alıb.”

Beynəlxalq qurumun bəyanatının davamında bildirilib: “Beynəlxalq Cinayət Məhkəməsinin prokurorundan Qəzzada törədilmiş hərbi cinayətlərin araşdırılmasını sürətləndirmək üçün konkret tədbirlər görməsini xahiş edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

2 − one =