Antarktidada minlərlə pinqvin balası öldü
Antarktidada təxminən 10.000 imperator pinqvin balası buzun qırılması nəticəsində ölüb.
BAKU.WS “TRT Haber”ə istinadən xəbər verir ki, pinqvinlərin altındakı dəniz buzları, balalar okeanda üzmək üçün lazım olan suya davamlı lələkləri inkişaf etdirməmişdən əvvəl əriyib və parçalanıb.
Quşlar böyük ehtimalla boğulub və ya donaraq ölüb.
Hadisə 2022-ci ilin sonlarında, qitənin qərbində, Bellinshauzen dənizinə baxan ərazidə baş verib və peyklər tərəfindən qeydə alınıb.
Britaniya Antarktika Tədqiqatının (BAS) doktoru Peter Fretvel, bu yox olmanın gələcək hadisələrin xəbərçisi olduğunu bildirib.
Qeyd edək ki, imperator pinqvinləri boy və çəkiyə görə bu fəslə aid ən iri quşlardır.
BAKU.WS