Antoni Blinken: “Fələstin xalqını təmsil edəcək hökumətin qurulması vacibdir”
ABŞ dövlət katibi Antoni Blinken Fələstin xalqının hüquqlarını təmsil edəcək hökumətin qurulmasının vacibliyini bildirib.
Bu barədə o, Dünya İqtisadi Forumunda danışıb.
A.Blinken İsrailin bu mövzuda Fələstin hökumətinə yardım etməsinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.
“İnsanlara istədiklərini verən və təsirli olması üçün İsraillə birlikdə çalışan Fələstin dövlətidir”, – o söyləyib.
Dövlət katibi Qəzzada vəziyyətin ürəkağrıcı olduğunu bildirib:
“Qəzzada hər gün gördüklərimiz ürəkağrıdıcıdır. İnsan əzabları ürəyimi parçalayır”.