Antonio Quterreş Qəzzada atəşkəs üçün çağırış etdi

Antonio Quterreş Qəzzada atəşkəs üçün çağırış etdi

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Qəzzada dinc əhalinin öldürülməsinə görə narahat olduğunu bildirib və humanitar atəşkəslə bağlı çağırış edib.

Bu mövzu ilə bağlı BMT-dən verilən yazılı açıqlamada bildirilib.

Açıqlamada A.Quterreşin oktyabrın 7-də İsrailə edilən hücumu pislədiyi və bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsi ilə əlaqədar çağırış etdiyi qeyd olunub.

“Baş katib Qəzzada dinc əhalinin öldürülməsi və Qəzzada baş verən humanitar fəlakətə görə narahatdır”, – bəyanatda deyilir.

”Həmas”ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları İsrailin fələstinlilərə və onların müqəddəs dəyərlərinə qarşı davamlı pozuntularına cavab olaraq oktyabrın 7-də səhər saatlarında hərtərəfli hücuma keçib. İsrail qüvvələri də buna cavab olaraq Qəzza zolağına intensiv hücumlara başlayıb.

İsrail rəsmiləri Qəzzadan həyata keçirilən hücumlarda 315-i əsgər olmaqla 1400 israillinin öldüyünü, 5132 nəfərin də yaralandığını açıqlayıb.

İsrailin verdiyi məlumatda 31 oktyabrdan bəri Qəzza zolağında baş verən qarşıdurmalarda ölən əsgərlərin sayının 30-a yüksəldiyi, Qəssam Briqadalarının əlində 242 israilli girovun olduğu və işğal altındakı İordan çayının qərb sahilində bir İsrail əsgərinin də həlak olduğu bildirilib.

Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində 4237-si uşaq və 2719-u qadın olmaqla 10328 fələstinlinin həlak olduğunu, azı 25000 min adamın da yaralandığını bildirib.

İşğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və yəhudilərin hücumları nəticəsində 163 fələstinli ölüb.

Qəzzada minlərlə yaralı və mülki vətəndaşın olduğu, ən böyük səhiyyə müəssisəsi olan Şifa xəstəxanasını da hədəfə alan İsrail ordusunun Əl-Əhli Baptist və Türkiye-Fələstin Dostluq xəstəxanalarını vurduğu və Fələstin Qızıl Aypara Cəmiyyətinə tabe olan Qüds və İndoneziya xəstəxanalarını bombaladığı bildirilib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında gedən qarşıdurmalarda 63 Hizbullah üzvü və 4 İsrail əsgəri həlak olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + 17 =