Araik “təslim olmayacağıq, vuruşacağıq” dedi – Antiterror əməliyyatı başlayır – VİDEO

Araik “təslim olmayacağıq, vuruşacağıq” dedi – Antiterror əməliyyatı başlayır – VİDEO

Baş separatçının bu müsahibəsi açıq-aşkar terrora çağırış, Azərbaycanın beynəlxalq aləm tərəfindən tanınmış ərazi bütövlüyünə qəsddir.

Üstəlik, Araikin açıqlamasından bəlli olur ki, separatçılar Qarabağdakı erməniləri də girov saxlayırlar. Onlar sadə ermənilərdən terrorçu məqsədləri üçün yararlanırlar.

Belə məqamda artıq Azərbaycanın çıxış yolu qalmır: antiterror əməliyyatına başlamaqdan savayı. Çünki bu terrorçular məqsədlərini açıq şəkildə bildirir, silahlı mübarizə aparacaqlarını deyirlər.

İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq işləri gedir, məcburi köçkünlər öz yurd-yuvalarına qayıdırlar.

Terrorçuların belə davranışı həm quruculuq işlərinə, həm də yurd-yuvasına qayıdan insanlara böyük təhlükə yaradır. Ona görə də, Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün separatçı-terrorçuları zərərsizləşdirməlidir. Deməli, anti-terror əməliyyatı qaçılmazdır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + seven =