Arıqlama çayları bizə necə təsir edir? -Video

Arıqlama çayları bizə necə təsir edir? -Video

Müasir dövrümüzdə ən böyük bəlalardan biri də bəzi insanların, xüsusilə də qadınların sonunu düşünmədən arıqlamaq üçün qeyri-sağlam yollara əl atmasıdır. Artıq çəkidən azad olmaq istəyən insanlar arasında populyar olan, çox istifadə edilən arıqlama dərmanları və çayları bəzi problemlərə səbəb ola bilir. Arıqlamaq istəyi onları reseptsiz, həkim məsləhəti olmadan dərman qəbul etməyə sövq edir. Ta ki problem yaranana qədər.

Həkim-dietoloq Leyla Zülfüqarlı söylədi ki, tək bir çayın insanı arıqladacağını gözləmək absurddur. Dietoloq onu da dedi ki, nə arıqlama çayları, nə də dərmanları lipoliz funksiyasını idarə etmir. İştaha süni şəkildə təsir edildiyi zaman anidən şəkər düşməsi, təyziqin oynaması, eləcə də huşu itirmə kimi hallara da rast gəlmək mümkündür.

Dietoloq arıqlama vasitələrinin üzərində olan etiketə diqqət etməyi tövsiyə edir. Həkim-dietoloq bildirdi ki, arıqlama dərmanlarının istifadəsi zaman daha çox qaraciyər, böyrəklər və bağırsaqlar üçün fəsadlar yaranır. Bu dərmanlar xüsusilə də qaraciyər və böyrək çatışmazlığı, bağırsaqda isə yara yarada bilər. Dietoloqun sözlərinə görə, toksinlər qanda toplandığı zaman, orqanizmin mübarizə aparmağı çətinləşir, bu zaman isə hüceyrələrimizin tənəffüzü pozulur.

Mütəxəssislərin də dediyi kimi, arıqlama dərmanları bir çox xəstəliyin mənbəyidir. Buna görə də arıqlamaq uğruna sağlamlığınızdan olmayın, unutmayın ki, sağlam qidalanma və aktiv idmandan başqa, hansısa çaydan və ya dərməndan möcüzə gözləmək orqanizminizdə ömürlük fəsadlar yarada bilər.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight + 8 =