Aşdod neft emalı zavodunu bağlandı

Aşdod neft emalı zavodunu bağlandı

 Partlayış və ardınca elektrik enerjisinin kəsilməsi Aşdod neft emalı zavodunda saatlarla fəaliyyətini dayandırıb.

Sizinyolun xarici medialara istinadən verdiyi məlumata əsasən,  bu gün (5 mart) Aşdod neft emalı zavodunun daxilində naməlum partlayışın neft-kimya mərkəzinin fəaliyyətini saatlarla dayandırsa da bir neçə dəqiqə sonra zavodda elektrik enerjisi kəsilib.

Şahidlərin sözlərinə görə, saat 14:30 radələrində neft emalı zavodunun içindən partlayış səsi eşidilib və bu, onun daxilindəki bütün fəaliyyətlərin dayanmasına səbəb olub.

Neft emalı zavodunu əhatə edən ərazilərin sakinləri bildiriblər ki, zavod tərəfdən güclü yanğın görünür.

İsrailin Ətraf Mühit Nazirliyi də partlayışdan və elektrik enerjisinin kəsilməsindən sonra benzinin alışması nəticəsində yaranan alovların çox böyük məsafələrdən göründüyünü təsdiqləyib.

Neft emalı zavodunun texniki işçiləri yanğının benzinlə bağlı olduğunu, benzinin nisbəti azaldıqca alov səviyyəsinin də azaldığını açıqlayıb.

Sionist rəsmilər partlayışın səbəbləri və onun vurduğu tələfat barədə məlumat verməkdən imtina ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 7 =