AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasına görə liderdir

AŞPA məruzəçisi: Azərbaycan və Türkiyə jurnalist hüquqlarının pozulmasına görə liderdir

“Azərbaycan və Türkiyə Avropada jurnalist hüquqlarının pozulması faktlarının sayına görə liderdir”. 

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının media azadlığı və jurnalistlərin təhlükəsizliyi üzrə məruzəçisi, Danimarkalı deputat Mogens Yensen bildirib.

“Jurnalistlərin və bütünlükdə media hüquqlarının pozulması halları hər yerdə artmaqda davam edir. 2015-ci ildə belə halların sayı 180 olub, 2022-ci ildə 280-ə çatıb.  

Ən pis vəziyyət Azərbaycan və Türkiyədədir. Bu ölkələrdə və bir sıra digər ölkələrdə jurnalistlərə ciddi hücumlar, o cümlədən qətl, təqib, mətbuat işçilərinə, xüsusən qadınlara qarşı qaralama kampaniyaları müşahidə edirik. 

Bu gün Avropada 68 jurnalist həbsdədir və bu, bizim həll etməli olduğumuz böyük problemdir”, – deyə Yensen AŞPA-nın sessiyasında bildirib.

Bu məsələ ilə bağlı təklifləri haqqında suala cavabda Yensen belə deyib: 

“Biz bu ölkələrdən üzvü olduqları Avropa Şurasının standartlarına uyğun yaşamağı, belə halların baş verməməsi üçün qanunvericiliyi və onun tətbiqini dəyişdirməyi xahiş edirik. Biz həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını icra etməyə çağırırıq.

Eyni zamanda, bütün ölkələri mətbuatın inkişafı üzrə milli strategiya işləyib hazırlamağa və mətbuatın azadlığına və təhlükəsizliyinə hörmətə nail olmaq üçün mətbuat və hökumət arasında dialoqa başlamağa çağırırıq”. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =