Ata silahı, 9 ölü və yaralılar – Məktəbdə törədilən QƏTLİAM

Ata silahı, 9 ölü və yaralılar – Məktəbdə törədilən QƏTLİAM

Publika.az xəbər verir ki, hadisəylə bağlı “Politika” nəşri polisə istinadən xəbər yayıb.

Bildirilir ki, səhər növbəsində oxuyan 7-ci sinif şagirdi Vladislav Ribnikar çox ehtimal ki, məktəbə gələrkən gizlincə atasına məxsus tapançanı da götürüb. Saat 8:40 radələrində məktəbə çatan V. Ribnikar həmin tapançadan atəş açmağa başlayıb. İlkin məlumatlara görə, yeniyetmənin açdığı atəş nəticəsində məktəbin mühafizəçisi və daha səkkiz nəfər həlak olub, yaralananlar da var.

Qeyd edək ki, qətliamı törədən şagird artıq saxlanılıb. Yerli media onun narkotikin təsiri altında ola biləcəyini deyib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one + 2 =