Avropa İttifaqı İranın müdafiə nazirinə qarşı sanksiya tətbiq edəcək
Avropa İttifaqı ölkələri İranın müdafiə naziri Məhəmməd Rza Aştianiyə qarşı sanksiyaların tətbiqi imkanını nəzərdən keçirir.
Bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunur ki, söhbət Yaxın Şərq və Qırmızı dəniz regionunda fəaliyyət göstərən qruplaşmalara hərbi dəstək üçün İrana qarşı yeni məhdudiyyətlərdən gedir.