Avropa Məhkəməsi Polşa hökumətini cərimələyib
Avropa Məhkəməsinin qərarına əsasən Polşa Ali Məhkəməsinin İntizam Palatasının ləğvi ilə bağlı Aİ məhkəmə qərarının icrasına qədər Polşa hökuməti Avropa Komisiyasına gündəlik 1 milyon avro ödəməlidir.
İyul ayında Aİ Məhkəməsi Polşa Ali Məhkəməsinin intizam kollegiyasının işinə dərhal xitam verilməsini tələb edib. AK-nın fikrincə, hakimlərin peşə fəaliyyəti ilə bağlı qərar qəbul edə bilən intizam kollegiyasının fəaliyyəti onların müstəqilliyi və qərəzsizliyi üçün təhlükə yaradır.
Salamnews