Avropada daxili aviareyslərin sayında kəskin azalma

Avropada daxili aviareyslərin sayında kəskin azalma

Publika.az xəbər verir ki, Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının yeni məlumatına görə, 2019-cu illə müqayisədə 2022-ci ildə Almaniyada daxili reyslər 38 faiz azalıb. Litva və Finlandiyada onların sayı müvafiq olaraq 38 faiz və 35 faiz azalıb.

Avropa Hava Naviqasiyasının Təhlükəsizliyi Təşkilatının hesabatında deyildiyinə görə, azalma “ekoloji təzyiq” ilə bağlı ola bilər.

Böyük Britaniyada daxili aviareyslərin 25 faiz azalması qeydə alınıb. Avstriya (32 faiz), İsveç (27 faiz), İsveçrə (20 faiz), Xorvatiya (19 faiz) və İrlandiya (17 faiz) da daxili aviadaşımaların əhəmiyyətli dərəcədə azalması barədə məlumat veriblər. Fransada bu göstərici 15 faiz, Portuqaliya və İspaniyada isə – müvafiq olaraq 7 faiz və 6 faiz təşkil edib.

Macarıstanda isə daxili reyslərin sayı 2019-cu illə müqayisədə 56 faiz artıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =