Avropada gərginlik artır: bu ölkələr müharibə astanasında

Avropada gərginlik artır: bu ölkələr müharibə astanasında

Publika.az xəbər verir ki, o bu barədə Kosovonun şimalındakı Mitrovitsadakı polis düşərgəsində keçirilən mətbuat konfransında Kosovo polisinin baş direktoru Qazmend Hoca ilə birlikdə verdiyi açıqlamada bildirib.

Serbiya prezidenti Aleksandr Vuçiçin Kosovonun şimalını ilhaq etmək cəhdində birbaşa iştirak etdiyini bildirən Sveçla, “Banska kəndinə hazırlanan hücumla Serbiyanın, Vuçiçin və Zveçanın əlaqəsinin hər gün danılmaz faktlarla şahidi oluruq. Bu terror təşkilatının yalnız bir məqsədi var idi: Kosovo Respublikasının şimalını ilhaq etmək”, – deyə bildirib.

Serbiyanın bölgənin ən gənc və demokratik dövlətinə hücum etdiyinə diqqət çəkən Sveçla sözlərini belə davam etdirib:

“Kosovonun şimalını ilhaq etmək məqsədinə nail olmaq üçün Serbiyanın qurumları hərbi, maddi-texniki və maliyyə imkanlarını təşkil ediblər. Serbiya və Aleksandar Vuçiç daima bu hücumla heç bir əlaqəsi olmadığını söyləməyə çalışsalar da, dərc edəcəyimiz faktlar bu qrupun Yaqodina yaxınlığındakı Pasulyanske Livadedə (Serbiya ərazisində yerləşən) və Kopaonikdəki hərbi təlim bazasında hazırlığını, təlim və təhsillərini sübut edir. Hazırlıqlarla bağlı bütün bu görüntülər bizim ələ keçirdiyimiz terror təşkilatının pilotsuz təyyarələri tərəfindən təqdim edilib”.

Sveçla həmçinin sübutların ortaya çıxmasından sonra Serbiyanın bu terror aktına görə beynəlxalq aktorlar tərəfindən qınanmasının və ona sanksiya verilməsinin zəruri və həyati əhəmiyyət daşıdığını vurğulayıb.

Banjskada hücumu həyata keçirən qrupun uzun müddət Serbiya ordusunun hərbi bazalarında təlim keçdiyinə də diqqət çəkən baş direktor Hoxha bu ifadələri işlədib:

“Plan Kosovonun şimalının tam ilhaqı idi. Əlimizdə olan və hazırda sizinlə bölüşə bilmədiyimiz sənədlərdə bildirilir ki, birinci mərhələdə təkcə Banjska və Zveçanın deyil, həm də polis bölmələrimizin hücuma məruz qalacağı 37 mövqedən şimalın ilhaqı, daha sonra isə Serbiyaya aparan azad dəhlizin yaradılaraq silahlı müqavimət və ölkədə yeni reallığın yaradılması üçün lazım olan insanlar, materiallar, ekspertlər və digər materiallar təmin edilməsi nəzərdə tutulurdu”.

Digər tərəfdən Kosovo Baş naziri Albin Kurti Sveçlanın mətbuat konfransında açıqladığı görüntüləri sosial media hesabında paylaşıb.

Kurti silahlı serb qruplaşmasından çəkilmiş dron görüntülərini “Hücumları həyata keçirən terrorçular hücumlardan təxminən 4 gün əvvəl Serbiya ordusunun mühüm bazalarından biri olan Pasulyanske Livade-də təlim keçmişdilər. Kopaonik bazasında digər təlimlər də keçirilib. Hücumlar Serbiya dövlətinin tam dəstəyi və planı ilə həyata keçirilib” başlığı ilə bölüşüb.

Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də səhər saatlarında, əsasən serblərin yaşadığı Banskada yolu bağlayan silahlı serblərin açdığı atəş nəticəsində bir polis məmurunun ölməsi ilə yenidən artıb.

Kosovo Baş naziri Albin Kurti, “peşəkar terrorçu/cinayətkar quruluş” olaraq xarakterizə etdiyi təxminən 30 nəfərlik ağır silahlı qrupun Kosovo polisinə hücum etdiyini və hadisəyə görə Serbiyanın məsuliyyət daşıdığını açıqlamışdı. Banska monastırı və ətrafına sığınan silahlı qrup Kosovo polisi tərəfindən mühasirəyə alınıb və gün ərzində bölgədə qarşıdurmalar davam edib.

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo polisinin ölümü ilə nəticələnən insidentin Kosovo serbləri tərəfindən törədildiyini təsdiqləyib.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 2 =