Avropada hipersəs silahlarından müdafiənin prototipi yaradılacaq

Avropada hipersəs silahlarından müdafiənin prototipi yaradılacaq

Raket sistemlərinin beynəlxalq istehsalçısı şirkəti MBDA Almaniya, Fransa, İtaliya və Niderlandın hakimiyyət orqanları ilə yaxın üç il ərzində hipersəs silahlarından müdafiə sisteminin prototipinin yaradılması barədə ilkin razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Şirkətin icraçı direktoru Erik Beranje bildirib ki, layihə “Avropada suveren raket sistemləri sənayesinin güclənməsinə töhfə verəcək”, həmçinin qitə sənayesinin rəqabət qabiliyyətini artıracaq.

Beranje hipersəs sahəsində texnologiyaların inkişaf etdiyinə də diqqət çəkib.

“MBDA innovasiyaların önündə qalmaq və Avropanı hipersəs təhlükələrinin qarşısını almaq üçün ən effektiv həll yoluna yönəltmək istəyir”, – o deyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 + eleven =