Avropada qazın qiyməti 600 dollar səviyyəsindədir
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 600 ABŞ dollarına yaxın səviyyədə qərarlaşıb.
“APA-Economics” xəbər verir ki, 30 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 606,3 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (624,7 dollar) ilə müqayisədə 3% azdır.
Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.
Apa.az