Avropalı ekspert: “ABŞ və Fransanın Cənubi Qafqazda təsirlərini artırmağa çalışmaları sülhə mane olur”

Avropalı ekspert: “ABŞ və Fransanın Cənubi Qafqazda təsirlərini artırmağa çalışmaları sülhə mane olur”

“ABŞ və Fransa Cənubi Qafqazda nəyin bahasına olursa-olsun öz təsirlərini artırmağa çalışırlar, bu isə sülhə mane olur”.

Bunu Slovakiyadan olan ekspert Jozep Hrabina bildirib.

Onun qənaətincə, əslində böyük güclərin maraqları olduqları regionda sülh danışıqlarında iştirak etmək istəmələri normal sayıla bilərdi: “Bir şərtlə ki, obyektiv olardılar. Mən Fransa və ABŞ-ni nəzərdə tuturam. Hər iki dövlət Cənubi Qafqazda öz təsirlərini artırmağa, sülh prosesinə faktiki olaraq müdaxilə üçün çox çalışırlar”.

Ekspert qeyd edib ki, vasitəçilik qərəzsizliyi nəzərdə tutur.

“Amma bir çox siyasətçilərinin Ermənistanı dəstəkləməkdə canfəşanlıq göstərdiyi Fransadan bu mövqeni görmürük. Bu, Parisin danışıqlarda vasitəçi kimi çıxış etməsinə mane olur. ABŞ və Fransa özlərini sülhsevər, Cənubi Qafqaz regionunda önəmli çəkiyə malik olduqlarını göstərmək istəyirlər”, – deyə J. Hrabina vurğulayıb.

Onun sözlərinə görə, bu hal 20-ci əsr boyu regionda hökmranlıq edən və hələ də aktual oyunçu olduğunu göstərmək istəyən Rusiyanı prosesə cəlb edir.

“Bu da nəticədə regionda sülh əvəzinə qarşıdurma yaradır”, – J. Hrabina deyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

four + 20 =