Avstraliyada 23 Amerika əsgəri ölüb və yaralanıb

Avstraliyada 23 Amerika əsgəri ölüb və yaralanıb

Avstraliya polisi bir neçə saat əvvəl bu ölkənin sahillərində qəzaya uğrayan ABŞ hərbi helikopterinin bütün sərnişinlərinin yaralandığını açıqlayıb.

AFP-nin Avstraliya polisinə istinadən verdiyi məlumata görə, ABŞ hərbi helikopterinin birgə təlim zamanı qəzaya uğraması nəticəsində 23 ABŞ dəniz piyadası yaralanıb.

Bir neçə saat əvvəl mediada onlarla amerikalı əsgərin olduğu Amerika hərbi helikopterinin Avstraliyanın Darvin sahillərində təlim zamanı qəzaya uğradığı xəbəri yayılıb.

 Bu helikopter Avstraliyada Darvin sahillərində qəzaya uğrayıb.

Avstraliya Müdafiə Nazirliyinin açıqlamasına görə, bu helikopter Avstraliya, ABŞ, Filippin, İndoneziya və Şərqi Timorun qüvvələrindən ibarət 3000 nəfərlik birgə hərbi təlim zamanı qəzaya uğrayıb.

Associated Press xəbər agentliyi bir neçə dəqiqə əvvəl 3 amerikalı əsgərin aldığı xəsarətlərdən xəstəxanada öldüyünü, daha 20 əsgərin isə müalicəsinin davam etdiyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eleven − eight =