Avstraliyada “İsa Fələstində doğulub” şüarlı aksiya başlayıb

Avstraliyada “İsa Fələstində doğulub” şüarlı aksiya başlayıb

Avstraliyanın paytaxtı Sidneydə bəzi insanlar yeni il ərəfəsində şənlik əvəzinə “sönük bayram” aksiyası keçirərək “İsa (ə) Fələstində doğulub” şüarı altında yürüşlər keçirirlər.

Əl Aləm telekanalının məlumatına əsasən, Qəzzə müharibəsinin başlamasından 11 həftə keçməsinə baxmayaraq Avstralisyada bəzi insanların etiraz aksiyalarının davamında dünən axşamdan (23 dekabr) etibarən Sidneydə yeni formatlı aksiya təşkil olunub.

Məlumata görə Avstraliya xristianlarından təşkil olunmuş bu aksiyada “Fələstində Yeni il bayramları keçirilmir” şüarları verilib.

Digər bir etiraz aksiyasıda HidePark etirazçı qruplarının rəhbəri Cana Fiad deyib: Fələstin xalqının qəm-qüssəsini bəyan etmək üçün 12 milyon ərəb sözü və 170 min ingilis dilinə tərcümə olunmuş sözlər kifayət etməz.

Cana Fiad həmçinin Cenin şəhərindəki vəziyyətlə əlaqədar xatırladıb: İsrail hərbçilərinin fələstinliləri söyərək onları lağa saldıqlarını sübut edən videogörüntülər ictimaiyyətin göz qarşısındadır. Təbii ki, onlar bu rəftarları ilə artıq dünya səviyyəsində rüsvay olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − 14 =