Avtobus sürərkən canlı yayım açdı, işdən çıxarıldı – Video + Yenilənib

Avtobus sürərkən canlı yayım açdı, işdən çıxarıldı – Video + Yenilənib

Sosial şəbəkələrdə sərnişin avtobusu sürücüsünün nəqliyyat vasitəsini idarə etdiyi zaman TikTok platformasında canlı yayım açmasına dair görüntülər yayılıb.

Məsələ isə bağlı “Qafqazinfo”ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, görüntülər dərhal araşdırılıb:

“Sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusuna yol verən sürücü daşıyıcı tərəfindən işdən azad edilib”.

AYNA analoji halın təkrarlanmaması üçün müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən bütün daşıyıcılara xəbərdarlıq edib.

***

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev açıqlama verib.

O bildirib ki, iş başında olarkən TikTok sosial şəbəkəsində canlı yayım açan sərnişin avtobusu sürücüsü 31 yaşlı Cəmil Ələkbərov barəsində qanunamüvafiq tədbir görülür.

Hazırda iş üzrə araşdırma davam etdirilir.

Qeyd edilib ki, araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =