Avtomobil nəhəngi “Nissan” iflasın astanasında: Şirkət bəyanat verdi
Avtomobil sənayesində nəhəng adlardan olan Yaponiyanın “Nissan” şirkəti iflasın astanasına gələ bilər.
“Sondakika.com-un xəbərinə görə, bu barədə şirkət rəhbərliyindən açıqlama verilib.
Açıqlamada bildirildiyinə görə, 12-14 ay ərzində yeni investor tapılmasa, şirkət iflasa uğraya bilər. Həmçinin “Nissan”ın avtomobil satışlarında azalma səbəbindən ilkin mərhələdə 9 min nəfərin ixtisar edilməsinin və istehsal həcminin 20 faiz azaldılmasının, eyni zamanda “Mitsubishi”dəki payların satılmasının və yeni modellərin təqdimatının da təxirə salınmasının planlaşdırıldığı da qeyd edilib.
Lakin bu tədbirlər belə şirkətin gələcəyi üçün kifayət etməyə bilər.
“Nissan”ın adı açıqlanmayan iki yüksəksəviyyəli nümayəndəsinin sözlərinə görə, şirkətin fəaliyyətini davam etdirə bilməsi üçün cəmi 12-14 ay vaxt qalıb və bu müddət ərzində pul axını təmin olunmazsa, iflas qaçılmaz olacaq.