Axios: Amerika İsrailə vaxt təyin etdi

Axios: Amerika İsrailə vaxt təyin etdi

Amerika mediaları Vaşinqtonun öz silahları ilə Qəzzədə mülki insanlara qarşı istifdə etməməsinə dair yazılı öhdəlik vermək üçün İsrailə 1 ay vaxt verdi.

Təsnim İnformasiya Agentliyinin məlumatına əsasən, Axios saytı bu gün (28 fevral) ABŞ rəsmilərinə istinadən dərc etdiyi məqalədə iddia edərək yazır: Vaşinqton Tel Əvivə martın 15-nə qədər Qəzzə müharibəsində Amerika silahlarından sivil şəxslərə qarşı istfadə etməyəcəyinə dair yazılı öhdəlik sənədini imzalamaq üçün fürsət verib. Bu sənəddə həmçinin sionist rejimdən Qəzzə zolağına humanitar yardımların maneəsiz çadırılması da qeyd olunub.

Axios yazır: İsrail imzalayacağı bu sənədə uyğun öhdəliyinə sadiq qalmazsa, işğal olunmuş torpaqlarda silah təmini Amerika tərəfindən müvəqqəti surətdə dayandırılacaq. Əlbəttə bu qərar Tel Əvivə verilən silahlar vasitəsilə Qəzzə sivillərinə qarşı istifadə edilməsi barədə bir neçə ABŞ senatorunun etirazından sonra verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

6 − 1 =