Ayətullah Rəisi telefonda Qətər əmiri ilə işğal olunmuş Fələstin və Qəzza hadisələrini müzakirə edib

Ayətullah Rəisi telefonda Qətər əmiri ilə işğal olunmuş Fələstin və Qəzza hadisələrini müzakirə edib

Ayətullah Seyid İbrahim Rəisinin Qətər əmiri Şeyx Təmim bin Həməd ilə telefon danışığı olub və tərəflər işğal olunmuş Fələstindəki vəziyyəti müzakirə ediblər.

İRNA-nın məlumatına görə, bu gün İran Prezidenti ilə Qətər əmirinin işğal altındakı Fələstində baş verənlər və Qəzzada mövcud vəziyyətlə bağlı telefon danışığı olub.

Qətər əmiri bu telefon danışığında münaqişələrin azaldılması və mülki əhalinin müharibənin nəticələrindən uzaqlaşdırılması üçün səylərin artırılmasına diqqət çəkib.

Təmim bin Həməd həmçinin Qəzza sakinlərinə yardım göstərmək məqsədi ilə təhlükəsiz keçidlərin açılması üçün səylərin zəruriliyini vurğulayaraq, zorakılıq və gərginliyin yayılmasının qarşısının alınmasının zəruriliyinə təkid edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × five =