Ayətullah Xamenei: Həzrət Zəhra (ə) bizlərə qadının ən yüksək məsumluq dərəcəsinə çata biləcəyini göstərdi

Ayətullah Xamenei: Həzrət Zəhra (ə) bizlərə qadının ən yüksək məsumluq dərəcəsinə çata biləcəyini göstərdi

Fars Xəbər Agentliyinin məlumatına görə, İslam İnqilabının Ali Rəhbəri, Həzrət Fatimə əleyha səlamın mübarək mövludu münasibətilə çərşənbə günü, sübh zamanı bir qrup Əhli Beyt(ə) məddahları ilə video konfrans keçirib.

Görüşdə Ayətullah Xamenei Həzrət Fatimeyi Zəhranı (ə) İslamda ən uca qadın, ana və həyat yoldaşı məfhumlarının təcəssümü hesab edib, İslamda ən üstün fikri və ruhi tərbiyə metodunun ailə kontekstində formalaşdığını və ailənin qadının mənəvi və ictimai tərəqqisində mühüm rolu olduğunu bildirib.

Həzrət Ayətullah Xamenei Həzrət Fatimeyi Zəhranın (ə) mübarək doğum günü, qadınlar günü və İslam İnqilabının “Fəcr” on günlüyü münasibətilə öz təbriklərini söylədikdən sonra Həzrət Zəhranın (ə) Peyğəmbər(s.ə.a.s) qızı, Həzrət Əlinin(ə) həyat yoldaşı və bir ana kimi roluna işarə edərək deyib: “O Həzrət həyatı boyunca bir çox eniş-yoxuş, bənzərsiz sınaqlar və müxtəlif çətinliklərlə qarşılaşdı. Ancaq O, bir həyat yoldaşı olmaqda, analıq, ev idarəçiliyi, övlad böyütməkdə, Allah rizası üçün cihad etmək, yaxşılığa dəvət etmək və pislikdən çəkindirməkdə, ibadət və ilahi bəndəçilikdə və ixlasda ən uca zirvədə idi. Həzrət Zəhra (ə) bizlərə qadının ən yüksək məsumluq dərəcəsinə çata biləcəyini göstərdi.”

Ayətullah Xamenei Həzrət Fatimə (ə), Həzrət Əli (ə) və onların əziz övladlarını islamda ən ali ailə nümunəsi bilərək, onların həyat tərzindən örnək götürməyin islam ümmətini zirvələrə yüksəldə biləcəyini vurğulayıb.

Ali məqamlı rəhbər qeyd edib: “İslamda kişi və qadın ilahi və insani dəyərlər baxımından fərqlənmirlər. Əlbətdə ki, ümumi vəzifələrin yanında hər bir kişinin və qadının xüsusi vəzifələri də vardır və bu səbəbdən də Uca Allah onların fiziki quruluşlarını bu xüsusi vəzifələrə uyğun olaraq yaradıb.”

İslam İnqilabının Rəhbəri daha sonra vurğulayıb: “Biz İslamın qadınlara baxışı ilə qürur duyur və Qərbin qadınlara və onların həyat tərzinə olan münasibətinə tamamilə etiraz edirik.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

one × three =