Azərbaycan ağırlıqqaldıranı II MDB Oyunlarının qalibi olub
![Azərbaycan ağırlıqqaldıranı II MDB Oyunlarının qalibi olub](https://sizinyol.org/wp-content/uploads/2023/08/17-9.jpg)
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Belarusda keçirilən II MDB Oyunlarının qalibi olub.
“Report”un məlumatına görə, idmançı 109 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyib.
O, toplam 393 kq (177+216) nəticə ilə qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Eyni çəkidə çıxış edən Əli Şükürlü isə 300 kq-lıq (130+170) göstərici ilə 5-ci yeri tutub.
Qeyd edək ki, Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında təşkil olunan ağır atletika növündə 150-dən çox idmançı mübarizəyə aparır.
Report.az