Azərbaycan cəmiyyətinin bəsirəti və vilayətçiliyi “9 Dey”-də mənalandı

Azərbaycan cəmiyyətinin bəsirəti və vilayətçiliyi “9 Dey”-də mənalandı

 Şərqi Azərbaycan İslami Təbliğat Koordinasiya Şurasının sədri 9 Dey qəhrəmanlığının yaranmasında bu bölgə cəmiyyətinin öndər olmasına işarə edərək deyib: “İslami İran xalqının bəsirətində Azərbaycan cəmiyyətinin rolu misilsizdir.”

Höccətül-islam Mikayıl İskəndəri çərşənbə axşamı günü 9 Dey qəhrəmanlığına aid “Milli Bəsirət və Ümmətin Əhd-Peyman günü”, eləcə də, “Qadınlar Həftəsi”nin koordinasiya və planlaşdırma iclasında deyib: “2009-cu il iğtişaşları və fitnələri zamanı təbrizlilər 8 dey günü vilayət dairəsinin təhlükəsizliyinə dəstək məqsədilə yürüş keçirərək, İran xalqının ayağa qalxması üçün zəmin yaratdılar. Bu hadisə İslam İnqilabı tarixində əbədi olaraq qaldı.”

İskəndəri Şərqi Azərbaycan İslam Təbliğatının Koordinasiya Şurasının 9 Dey qəhrəmanlığının uca tutulması məqsədilə müxtəlif mədəni-siyasi tədbir və mərasimlərin keçirilməsi üçün səylərindən danışıb, Təbrizin Müsəlla toplantı zalında “Milli Bəsirət və Ümmətin Vilayətlə Əhd Günü”nün keçiriləcəyini xəbər verərək  deyib: “Bu mərasim səhər saat 10:00-dan 12:00-a qədər İslam Şurasının proqram və büdcə komissiyasının rəhbəri Həmidrza Hacıbabayinin çıxışı ilə keçiriləcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + five =