Azərbaycan düyü idxalını 7 %-dək azaldıb
![Azərbaycan düyü idxalını 7 %-dək azaldıb](https://sizinyol.org/wp-content/uploads/2021/06/62fff071-e9c6-302c-8072-f38b3086101c_850-1.jpg)
Bu ilin yanvar-may aylarında Azərbaycan 19,723 milyon ABŞ dolları dəyərində 26 min 722 ton düyü idxal edib.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 690 min ABŞ dolları (3,6 %) çox və 1 960 ton (6,8 %) azdır.
Hesabat dövründə düyü idxalı Azərbaycanın ümumi idxalının 0,45 %-ini təşkil edib.