Azərbaycan ildırım sürətilə bu əraziləri nəzarətə götürəcək – Ermənilər isterikada

Azərbaycan ildırım sürətilə bu əraziləri nəzarətə götürəcək – Ermənilər isterikada



Publika.az
 xəbər verir ki, bu iddialar rəsmi İrəvanın Azərbaycanı beynəlxalq müstəvidə “hücum edən tərəf” kimi göstərmək cəhdlərindən qaynaqlanır. Sərhəddə hələ də davam edən gərginliyə səbəb olan təxribatların da məqsədi budur.

Baş verənlər fonunda erməni ictimai rəyi isterika içində Azərbaycanın bütövlükdə Zəngəzuru nəzarətə götürə biləcəyindən danışır.

Azərbaycan üzrə erməni ekspert Varujen Qeqamyan iddia edir ki, gərginlik daha da genişlənərsə və eskalasiya qaynar mərhələyə keçərsə, Azərbaycan Ermənistanın cənubunu kəsmək istiqamətində ildırımsürətli addım atacaq.

“Bu, Naxçıvanın şimal hissəsindən Cermuka (İstisu) qədər olan ərazidir. Bura məsafə cəmi 30 kilometrdir, Azərbaycan istəsə, ildırımsürətli əməliyyatla bu xətti kəsə bilər. Bu prosesdə Türkiyənin də açıq dəstək verəcəyi sirr deyil. Ermənistan hakimiyyəti isə heç nə etmir, ya da etmək istəmir”, – erməni ekspert iddia edir.

Qeyd edək ki, bu cür iddiaların əsası yoxdur, Azərbaycanın Ermənistana qarşı hərbi müstəvidə atdığı bütün addımların səbəbi sərhəddə erməni təxribatının qarşının alınması və adekvat cavabın verilməsidir. Hərçənd, Ermənistan Zəngəzur dəhlizi və digər öhdəlikərini yerinə yetirməsə, təxribat hücumlarını davam etdirərsə, bunun İrəvan üçün ağır nəticələrinin olacağı da aydındır.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

11 + seven =