Azərbaycan prezidenti Aliməqamli rəhbərə başsağlığı verib
Azərbaycan Respublikasının prezidenti İlham Əiyev İslam İnqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xameneiyə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:”Möhtərəm Ayətullah Xameneyi həzrətləri,Dost və qardaş İİR-na və xalqına üz vermiş ağır itki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, XİN-i Hüseyn Əmir Abdullahianın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə qəzaya uğraması xəbəri bizi olduqca sarsıtdı.Prezident Seyid İbrahim Rəisinin simasında İran xalqı bütün həyatını ölkəsinə fədakarlıqla və sədaqətlə xidmət etmiş görkəmli dövlət xadimini itirdi. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.Bu hüznlü gündə Uca Allahdan dost və qardaş İran xalqına səbir və dözüm diləyir, kədərinə şərik olduğumuzu bildirir. Sizə,həyatıni itirənlərin ailələrinə və yaxınlarına, bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.”