Azərbaycan Respublikasındakı hərəkat Seyyid Həsən Nəsrullahın şəhadəti ilə əlaqədar başsağlığı mesajı yaydı

Azərbaycan Respublikasındakı hərəkat Seyyid Həsən Nəsrullahın şəhadəti ilə əlaqədar başsağlığı mesajı yaydı

MBH: Nəsrullahın adı ölümsüz bir lider olaraq əbədiləşdi

Azərbaycan Respublikasındakı Müsəlman Birliyi Hərəkatı Seyyid Həsən Nəsrullahın şəhadəti ilə əlaqədar başsağlığı mesajı yayıb.

MBH-nin bəyanatında deyilir: “O, mətin iradəsi ilə bir ömür daxili və xarici düşmənlərə, mənəvi və maddi xəbasətə qarşı yorulmaz mübarizə salnaməsi yaratdı. Zəhra evində doğuldu, Əli məktəbində formalaşdı və Hüseyn xəttində şəhid oldu müqavmət Seyyidi.

Nəsrullahın İmamət ruhunda formalaşan mübarizəsi təkcə Livan xalqının deyil, dünyanın dörd bir nöqtəsində Haqqın təcəlla etdiyi yolun əməli yolçusu olaraq misilsiz, əməli nümunəni insanlığa təqdim edirdi. Şübhəsiz belə bir ömrün son nöqtəsini şəhadəti ilə də qoymalı idi.

Müqavmət liderini, Quranda Hizbullah sözünün həqiqi tərənnümünü özündə əks etdirən Seyid Həsən Nəsrullahın həyatı, mübarizəsi və şəhadəti əvəzsiz və dəyərlidir. Bu gün acısı yaşanan bu hüzn böyük bir dəyərin cismi ayrılıq səbəbindən hər bir haqq əhlini üzür. Biz bu böyük kədər ilə əlaqədar olaraq dünyanın bütün azadlıq sevər insanlarına başsağlığı verir, bu acının itkisində hər kəsə Allahdan böyük səbr və yardım diləyirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + twelve =