Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı işə gələn ay baxılacaq

Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı işə gələn ay baxılacaq

Tehran Vilayəti Məhkəməsinin Baş hakimi Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı işdəki nöqsan və maneələrin aradan qaldırıldığını və bu işə baxılma tarixinin gələn aya təyin edildiyini bildirib.

İRNA-nın məlumatına görə, Əli Əl-Qasimehr bu xəbəri bazar ertəsi Ali Məhkəmə Şurasının iclasında açıqlayıb və deyib: “Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı işə gələn ay baxılacaq.”

2023-cü il yanvarın 7-si cümə günü səhər saat səkkiz radələrində “Pride” markalı avtomobil Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin qarşısında dayandı və avtomobildən düşən şəxs silahdan istifadə edərək səfirlik binasına daxil oldu. Onun səfirliyə hücumu nəticəsində Azərbaycan Respublikasından olan bir nəfər həlak oldu, iki nəfər yaralandı.

Məhkəmə Sisteminin sözçüsü bu il oktyabrın 10-da keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikasının səfirliyinə hücumu törədən şəxsin məhkəmə işinin son durumu ilə bağlı sualı cavablandırarkən bildirib: “Azərbaycan Respublikasının səfirliyinə hücum edən və bu səfirliyin əməkdaşının qəsdən öldürülməsinə səbəb olan şəxsin işi Tehran Vilayəti 1 nömrəli Cinayət Məhkəməsinə göndərilib. Cinayət prosesinin müddəalarının həyata keçirilməsində iş prosedur mərhələsindədir və hələ hökm çıxarılacaq məhkəmə iclası olmayıb.”

Azərbaycan Respublikasının səfirliyinə hücumla bağlı işə gələn ay baxılacaq

Bundan əvvəl, cari ilin iyulunda, ötən ilin yanvar ayında Azərbaycan səfirliyinə hücumla bağlı məhkəmə işinin son vəziyyəti ilə bağlı sualı cavablandıran Məhkəmə Sisteminin mətbuat katibi deyib: “Ötən ilin yanvarında qonşu və dost Azərbaycanın Tehrandakı səfirliyinə edilmiş hücum gözlənilməz, haqq qazandırılması mümkün olmayan, iki ölkə arasında dostluq münasibətlərini pozan acı və uğursuz hadisə idi.”

Məsud Sitayişi əlavə edib: “Hadisənin əvvəlindən ölkənin məhkəmə, siyasi və təhlükəsizlik orqanları vurğulamışdılar ki, əsas günahkar və ya bu hadisənin baş verməsində maraqlı olan hər hansı şəxs qəti və sərt şəkildə cəzalandırılmalıdır. Ona görə də bu işin müxtəlif ölçüləri müəyyən edilib və istintaq tamamlanıb.”

Sitayişi bildirib: “Bu iş xarici miqyasda Azərbaycan hökumətinin əməkdaşlığı ilə yekun xarici qərarın qəbuluna gətirib çıxaracaq. Azərbaycanın bu sahədə əməkdaşlıq və kömək edəcəyini gözləyirik.” 

Məhkəmə Sisteminin mətbuat katibi daha sonra deyib: “Biz əmin edirik ki, Məhkəmə Sistemi ölkənin daxili təhlükəsizliyini hər hansı yolla pozmaq istəyən hər kəslə məşğul olacaq.”

Bu işdə bir nəfər təqsirləndirilən şəxsin olduğunu bildirən Sitayişi deyib: “İşin gedişatı ilə bağlı sorğular aparılır, mövcud suallar vardır ki, soruşulmalıdır, lazımi məktublaşmalar aparılmalıdır, sonra iş aydınlaşmalıdır.”

İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani də bu gün jurnalistlərlə həftəlik görüşündə Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə hücumla bağlı İran və Azərbaycan prokurorları arasında keçirilən görüşün nəticəsini müsbət qiymətləndirərək deyib: “Səfirliyin yenidən açılması üçün yol xəritəsi hazırlanıb.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − fourteen =