Azərbaycan XİN rəhbəri: “Qərəzli bəyanatlar Aİ-nin vasitəçi roluna xələl gətirir”

Azərbaycan XİN rəhbəri: “Qərəzli bəyanatlar Aİ-nin vasitəçi roluna xələl gətirir”

Azərbaycan və Ermənistan arasında normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçilik səyləri Azərbaycan tərəfindən yüksək qiymətləndirilib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüssel şəhərinə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Jozep Borrell ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bəzi Avropa İttifaqı rəsmiləri tərəfindən verilən qərəzli bəyanatlar sözügedən prosesdə Avropa İttifaqının qərəzsiz vasitəçi roluna xələl gətirir.

Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında suverenlik və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında qonşuluq münasibətlərinin qurulmasının Cənubi Qafqazda sülh, sabitlik və əmin-amanlığa aparan yeganə yol olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

two × three =