Azərbaycanda avtomobil almaq istəyənlərə rüsumlarla bağlı ŞAD XƏBƏR

Azərbaycanda avtomobil almaq istəyənlərə rüsumlarla bağlı ŞAD XƏBƏR

Azərbaycana gətirilən avtomobillərin qeydiyyatına görə rüsumun dəyişdiriləcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir.

Bunu eksklüziv açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, avtomobillərlə bağlı idxal dövlət rüsumunun artması haqqında qanun layihəsi mövcud deyil: “Dövlət rüsumları ilə bağlı Milli Məclisdə müzakirələr aparılacaq. Rüsumların dəyişdirilməsi ilə bağlı qanun layihəsi artıq bizə gəlib. Lakin avtomobillərlə bağlı rüsumlar dəyişdirilmir”.

Qeyd edək ki, ötən gün Azərbaycana gətirilən avtomobillərin qeydiyyatı ilə bağlı tutulan dövlət rüsumunun məbləğinin artırılacağı və bununla da ölkədə avtomobillərin qiymətinin bahalaşacağı iddia olunurdu.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

7 + 9 =