Azərbaycanda minlərlə vatsap hesabları ələ keçirildi

Azərbaycanda minlərlə vatsap hesabları ələ keçirildi

Son zamanlar kütləvi şəkildə vatsap və digər tətbiqlərdə istifadəçilərin hesablarının ələ keçirilməsi halları müşahidə edilir.

Sizinyol Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbər verir ki,  qurum tərəfindən qeyd olunan məsələ ilə əlaqədar aparılan ilkin araşdırma nəticəsində baş verən halın istifadəçilərə göndərilən OTP kodların beynəlxalq SMS daşıyıcıları səviyyəsində ələ keçirilməsindən qaynaqlandığı məlum olub.

Hazırda Xidmət müvafiq qurumlarla birgə araşdırmanı davam etdirir.

Xidmət vətəndaşları sosial şəbəkə, e-poçt, ani mesajlaşma tətbiqləri, eləcə də digər onlayn platformalardakı hesabları üçün ikimərhələli təsdiqləmə funksiyasını mütləq qaydada aktivləşdirməyə çağırır. Vətəndaşlar tərəfindən geniş istifadə olunan bəzi tətbiqlər üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirməklə bağlı təlimatlarla bu linkə keçid edərək tanış olmaq mümkündür.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five − 2 =